Millimizdən ardıcıl qələbələr
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdır.
Sportline.az xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komandamız iyulun 18-dən Zenitsa şəhərində hazırlıq keçib.
Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz bu ölkənin yığma komandası ilə üç yoldaşlıq oyunu da keçirib. İlk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesabları ilə qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib.
Xatırladaq ki, komandamız AVRO-2021-də Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu.
Avropa çempionatına hazırlaşan yığmamız plana uyğun olaraq hazırlığın növbəti mərhələsini Bakıda davam etdirəcək.