Millimizə 6 qol vurdular
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunları çərçivəsində bu gün ilk oyununu keçirib.
Sportline.az xəbər verir ki, B qrupunda yer alan futzalçılarımız Belarusdan olan həmyaşıdları ilə qarşılaşıb. Ağatahir Əzimovun başçılıq etdiyi yığma görüşdən böyük hesablı məğlubiyyətlə ayrılıb - 0:6.
U-19 qrupda növbəti oyununu sentyabrın 9-da Qırğızıstana qarşı keçirəcək. Oyun saat 18:00-da start götürəcək.