Millimizin Avropa Liqasındakı oyunlarının vaxtı dəqiqləşdi

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinin təqvimi açıqlanıb.

Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının oyunlarından beşinin vaxtı bəlli olub.

Millimiz 2022-ci ildə keçiriləcək turnirə mayın 25-də başlayacaq. C qrupunda yığmamızın yalnız Rumıniya ilə səfər görüşünün yeri və vaxtı dəqiqləşməyib.

1-ci tur, 25 may
18:30. Azərbaycan – Ukrayna

Bakı İdman Sarayı

2-ci tur, 28 may
19:00. Ukrayna – Azərbaycan

Zaporojye. “Yunost” İdman Sarayı

3-cü tur, 1 iyun
18:00. Azərbaycan – Rumıniya

Bakı İdman Sarayı

4-cü tur, 4-5 iyun
Rumıniya – Azərbaycan

5-ci tur, 8 iyun
18:00. Azərbaycan – Macarıstan

Bakı İdman Sarayı

6-cı tur, 12 iyun
21:00. Macarıstan – Azərbaycan

Miskolç. DVTK İdman Sarayı

Qeyd edək ki, qrup mərhələsinin qalibləri “Dördlər finalı”na yüksələcək. Həlledici raundun ev sahibi olacaq Ukrayna 1-ci yeri tutsa, ikinci pillədə qərarlaşan komanda medallar uğrunda mübarizə aparacaq.