Millimizin həkimi koronavirusla mübarizədə

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin həkimi Lalə İbrahimova "COVID-19"la mübarizə aparan həkimlərin sırasındadır.

Sportline.az xəbər verir ki, bununla bağlı AFFA-nın Feysbuk səhifəsi məlumat paylaşıb.

Paylaşımda pandemiya ilə mübarizə aparan bütün tibb işçilərinə təşəkkür edilib.