Millimizin məşqçisi Türkiyə klubunda
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək
Sportline.az xəbər verir ki, Əbilov 2022/2023-cü il mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq “Sarıyer Belediyespor” klubu ilə birinci köməkçi məşqçi olaraq 1 illik müqavilə imzalayıb.