Millimizin oyunları bu kanalda

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin elit-raund mərhələsində keçirəcəyi oyunları "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, DÇ-nin elit-raund mərhələsinin C qrupunda yer alan milli yanvarın 29-da saat 23:00-da Xorvatiya, yanvarın 30-da saat 20:00-da Rusiya, fevralın 1-də saat 20:00-da isə Slovakiya yığması ilə qarşılaşacaq.