Millimizin oyunu canlı yayımlanacaq
Yoldaşlıq görüşü çərçivəsində keçiriləcək Latviya - Azərbaycan matçı canlı yayımla futbolsevərlərə təqdim olunacaq. SportLine.az xəbər verir ki, azarkeşlər saat 19:00-dan etibarən qarşılaşmanı CBC Sport telekanalının efirindən izləyə biləcəklər.