Millimizin oyunu norveçli hakimə tapşırıldı

17 yaşadək futbolçuların Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, Azərbaycan millisi qrup mərhələsinin son oyununda Şotlandiya ilə qarşılaşacaq. 

Artıq matçı idarə edəcək hakimlər müəyyənləşib. Oyunun baş hakimi  Svein-Erik Edvartsen (Norveç) olacaq.  Ona Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan) köməklik edəcək. Dördüncü hakim funksiyasını Sergeyus Sluva (Litva) yerinə yetirəcək.

Qeyd edək ki, Şotlandiya - Azərbaycan görüşü sabah keçiriləcək.