Millimizin oyunu tarixə düşdü

Futzal üzrə Dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Tailand - Azərbaycan oyunu Mundialların tarixinə düşüb. SportLine.az xəbər verir ki, 21 qolun vurulduğu oyun Dünya çempionatlarının ən məhsuldar görüşləri sırasına düşüb.

13:8 hesabı ilə yekunlaşan matç cəmi iki oyundan geri qalır: DÇ-2008-də Rusiya Slomon adalarını 31:2 (33 qol), DÇ-2000-də isə Braziliya Qvatemalanı 29:2 (31 qol) hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, "sambaçılar" 8 il əvvəl Solomon adaları üzərində 21:0 hesablı qələbə qazanıblar. Millimizin oyununda məhz bu məhsuldarlıq təkrarlanıb.