Millimizin qapıçısı Rusiya klubu ilə vidalaşdı
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Rusiya təmsilçisi "Torpedo"dan ayrılıb.
Sportline.az xəbər verir ki, bu barədə 31 yaşlı qolkiper özünün sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, mart ayında "Torpedo"ya keçən Hüseynli Rusiya Superliqasında yalnız 1 oyuna çıxa bilib. Təcrübəli qolkiper pley-off mərhələsində "Qazprom Yuqra" ilə ikinci matçda çıxış edib. Hüseynlinin debütü uğursuz alınıb. Onun komandası pley-off görüşündə 3:8 uduzub.