Millimizin rəqibi bu komanda ilə qarşılaşacaq
Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqiblərindən biri olan Lüksemburq millisi yoxlama oyunu keçirəcək.
Sportline.az Lüksemburq Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Lyuk Holtsun baş məşqçisi olduğu komanda sentyabrın 1-i Almaniyanın III Bundesliqa təmsilçisi "Saarbrükken"lə qarşılaşacaq. Matçın yeri hələlik müəyyənləşməyib.
Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan və Lüksemburq yığmaları arasında ilk matç sentyabrın 5-də Bakıda, ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda olacaq.