Millimizin rəqibləri məlumdur

19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının da rəqibləri bəlli olub.

Millimiz əsas mərhələdən mübarizəyə başlayacaq. Bu raundun oyunları 2022-ci il martın 15-20-də keçiriləcək.

Ağatahir Əzimovun komandası G qrupunda yer alıb. Komandamız Xorvatiya, Belarus, Latviya ilə görüşəcək. Bu qrupun oyunları Xorvatiyada baş tutacaq.