Millimizin reytinqi açıqlandı

FİVB milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, qadın voleybolçularımızdan ibarət millimiz mövqeyini qoruyub.

Komandamız 127 xalla 26-cı pillədədir.

Siyahıya 391 xalla Çin seçməsi başçılıq edir. ABŞ (382) ikinci, Braziliya (328) 3-cüdür.

Kişilərdən ibarət millimiz də 101 xalla 58-ci pillədə qalıb.  Kişi komandaların siyahısında isə Braziliya (427) 1-ci, Polşa (384) 2-ci, ABŞ (365) 3-cüdür.