Millimizin sabiq futbolçusu Ermənistanda meydana çıxdı

Azərbaycan millisinin və "İnter" klubunun sabiq üzvü Abdulla Abatsiyev yeni klubu "Torpedo" ilə yoxlama oyununda meydana çıxıb. SportLine.az xəbər verir ki, İrəvanda "Banants"la qarşılaşan Armavir təmsilçisi rəqibinə məğlub olub - 0:1.

Abatsiyev 70-ci dəqiqədə meydana daxil olub. 

Qeyd edək ki, 2009-ci ildə milliləşdirilmiş futbolçu ölkəmizdən ayrılarkən Azərbaycan vətəndaşlığından da imtina edib.