Millimizin sabiq futbolçusu həbs edildi

2007/2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib. Sportinfo.az-a daxil olan məlumata görə, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları barədə ətraflı məlumat verəcəyik. Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində - formasını geyindiyi "Rəvan"la birlikdə danışlmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırmışdı.