Millimizin sabiq üzvü Almaniya çempionatında

Millimizin sabiq üzvü Tuğrul Eratın yeni klubu bəlli olub. 

Sportline.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın Regional Liqasında çıxış edən "Rot-Vayss" komandası ilə anlaşıb. 

Klubun idman direktoru Patrik Bauder oyunçunun keçidi barədə danışıb. O, Eratın təcrübəsi sayəsində gənclərə yol göstərəcəyini və aparıcı futbolçulardan birinə çevriləcəyini söyləyib. 

Qeyd edək ki, Tuğrul Erat Azərbaycan millisinin heyətində 4 oyunda meydanda olub. O, son olaraq, Türkiyənin "Bayrampaşa" klubunun formasını geyinib.