Millimizin üzvü Belçika klubunda
Futzal üzrə millimizin üzvü Rafael Vilela karyerasını Belçikada davam etdirəcək.
Sportline.az xəbər verir ki, son mövsümü Rusiyanın “Tümen” komandasında keçirən 30 yaşlı hücumçu çempion “Anderlext”lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, millinin daha bir üzvü – Eduardo Borges də “Anderlext”in formasını geyinir.
Belçika çempionu 2023-24-cü il mövsümündə Çempionlar Liqasında mübarizə aparacaq.