Millimizin üzvü Braziliyada

Qadın voleybolçulardan ibarət Azərbaycan seçməsinin üzvü Polina Rəhimova yeni klubu ilə müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, voleybolçumuz karyerasını Braziliyada davam etdirəcək. O, “Sesi Voley Bauru” klubu ilə müqavilə imzalayıb.

Rəhimova anlaşmaya görə yeni komandasında 1 il müddətində mübarizə aparacaq.

Qeyd edək ki, voleybolçumuz son olaraq Türkiyənin “Turkish Airlines” komandasında çıxış edib.