Millimizin üzvü Braziliyada ən yaxşı seçildi

Qadın voleybolçuların Braziliya Super Liqasında 4-cü turun oyunları olub.

Sportline.az xəbər verir ki, millimizin üzvü Polina Rəhimovanın çıxış etdiyi "Sesi Bauru" "Barueri" ilə qarşılaşıb. İlk setdən məğlub ayrılmasına baxmayaraq, geridönüş edən ev sahibləri 3:1 hesabı ilə qələbə qazanıb.

Qarşılaşmanı 29 xalla tamamlayan Polina matçın "ən dəyərli oyunçusu" (MVP) seçilib. 

İlk üç matçına statistikasına nəzər alsaq, Azərbaycan millisinin üzvünün Braziliya çempionatında ən çox xal toplayan voleybolçuların sıralamasına başçılıq etdiyini görərik.

Qeyd edək ki, "Sesi Bauru" üç görüş keçirib.