Millimizin üzvü daha bir il "Levante"də

Azərbaycan milli komandasının müdafiəçisi Everton Kardoso İspaniyanın "Levante" klubu ilə müqaviləsini bir il müddətinə uzadıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

"Levante"yə ötən ilin yayında keçən Kardoso ilə müqavilə may ayına qədər idi. Gəldiyi gündən komandanın əsas simasına çevrilən müdafiəçinin qalması üçün ona yeni anlaşma təqdim olunub. Nəticədə razılıq əldə olunub və Kardoso 2019-2020-ci il mövsümünü də “Levante”də keçirəcək.

Qeyd edək ki, 2016-ci ildən Azərbaycan milli komandasına cəlb edilən “Qalo” 2018-ci ilədək "Araz” klubunun üzvü olub.