Millimizin üzvü Dünya Kubokunda finala yüksəldi

Sablya üzrə milli Azərbaycan millisinin üzvü Anna Başta Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Kubokunda finala yüksəlib.

Sportline.az xəbər verir ki, qılıncoynadan fərdi yarışda həlledici raunda vəsiqə qazanıb. Final mərhələsinin görüşləri martın 13-də olacaq.

Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda 4 idmançı ilə təmsil olunur. Yarış martın 14-də başa çatacaq.