Millimizin üzvü əməliyyat olunacaq
Milli komandamızın və “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadə əməliyyat olunacaq.
Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu bu məqsədlə iki gün öncə Almaniyaya yollanıb.
Bu gün qasıq nahiyəsindəki yırtığa görə əməliyyat olunacaq müdafiəçinin 5 həftə sonra məşqlərə başlayacağı bildirilir.
Qeyd edək ki, o, millinin Kiprə qarşı Millətlər Liqası matçında zədələnib.