Millimizin üzvü ən yaxşı oyunçu seçildi
"Vaşaş" klubunun heyətində Macarıstan çempionu olan millimizin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.
Sportline.az Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.
Qeyd edək ki, Ayşən Abduləzimova "Vaşaş"ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanmışdı.