Millimizin üzvü ən yaxşı seçildi

Macarıstanın "Vaşaş" klubunda çıxış edən voleybol üzrə Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova ən yaxşı seçilib.

Sportline.az xəbər verir ki, 29 yaşlı voleybolçu 2022-ci ildə Macarıstanda forma geyinən legionerlər arasında ən yaxşı adına layiq görülüb.

Ayşən 2021-ci ildən "Vaşaş"da oynayır.