Millimizin üzvü "Karlsrue"ni tərk edəcəkmi?
Milli komandamızın üzvü Dmitri Nazarov “Karlsrue”dən ayrıla bilər. SportLine.az xəbər verir ki, bu haqda Almaniya mətbuatında xəbərlər dolaşır. Son vaxtlar start heyyətindən kənarda qalan yarımmüdafiəçinin adı komandadan ayrılacaq futbolçular siyahısında hallanır. Bu yay müqavilə müddəti başa çatan futbolçunun hansı kluba keçəcəyi haqda isə, hələ ki məlumat verilmir.