Millimizin üzvü klubundan ayrıldı

"Keşlə"ni tərk edən ilk futbolçunun adı məlum olub.

Sportline.az xəbər verir ki, millimizin sabiq futbolçusu Ruslan Qurbanov paytaxt təmsilçisi ilə yollarını ayırıb.

29 yaşlı forvard bu barədə şəxsi "Facebook" səhifəsində paylaşım edib. Artıq "Keşlə"nin futbolçusu olmadığını yazan Qurbanov komandaya təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Qeyd edək ki, Ruslan Qurbanov cari mövsümün əvvəlində "Keşlə"yə keçmişdi.