Millimizin üzvü məşhur klubun hədəfində

"Vulverhempton"un hücumçusu Renat Dadaşov daha bir klubun hədəfindədir.
 
Sportline.az xəbər verir ki, millimizin üzvü ilə "Birmingem" də maraqlanır. "Çempionşip" təmsilçisi 21 yaşlı futbolçun heyətə qatmaq niyyətindədir.
 
"Birmingem" rəhbərliyi futbolçumuzu icarəyə götürmək istəyir
 
Qeyd edək ki, Renatı İngiltərənin "Koventri" klubu da icarəyə götürməyi planlaşdırır.
 
Qeyd edək ki, 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqavilə imzalayan Dadaşov əsas komandada debüt etməyib.