Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilir. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Stal" da növbəti matçına çıxıb.
"Dnepr"in qonağı olan "Stal" bərabərliklə kifayətlənib - 1:1.
Pavel Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" iki turdan sonra 1 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.