Millimizin üzvü oynadı, komandası qalib gəldi
Azərbaycan millisinin üzvü Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" yeni mövsümdə ilk rəsmi oyununu keçirib. SportLine.az xəbər verir ki, III Bundesliqanın ilk turuna təsadüf edən görüşdə rəqib "Paderborn" olub.
Qarşılaşma "Duysburq"un qələbəsi ilə yekunlaşıb - 1:0. Erat start heyətində meydana daxil olub və sonadək mübarizə aparıb.