Millimizin üzvü oynadı, komandası qalib gəldi
Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Stal" Ukrayna çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, 3-cü tur çərçivəsində "Volın"ı qəbul edən "Stal" minimal hesablı qələbəyə sevinib - 1:0.
Bu, komandanın cari mövsümdə ilk qələbəsi olub.
Matça start heyətində başlayan Paşayev 55-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 3 turdan sonra hesabında 4 xal olan “Stal” 12 klub arasında 5-ci pillədə qərarlaşıb.