Millimizin üzvü oynadı, komandası "Şaxtyor"a uduzdu

Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
 
Start heyətdə meydana çıxıb Paşayev sonadək mübarizə aparıb. Millimizin üzvü 59-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
Qeyd edək ki, “Aleksandriya” 27 turdan sonra 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.