Millimizin üzvü Rusiya çempionatında

Qadın voleybolçulardan ibarət millimizin üzvü Marqarita Əzizoza Belarusun “Minçanka” klubu ilə müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı voleybolçu, 2020/2021 mövsümündə bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, “Minçanka” Rusiya çempinatında mübarizə aparır. Marqarita Əzizova 2012 – 2017-ci illərdə “Telekom”da oynayıb. O, 2017-ci ildə qızıl, 2016-cı ildə isə gümüş medal qazanıb. Voleybolçu daha öncə Türkiyə və Polşada legioner həyatı yaşayıb. 

Xatırladaq ki, Marqarita Əzizova 2019/2020 mövsümündə Polşanın "Radomka" klubunda çıxış edib.