Millimizin üzvü "Sportinq"də

Gənclərdən ibarət seçmə komandamızın yarımmüdafiəçisi Budaq Nəsirov məşhur “Sportinq” klubuna transfer olunub.

SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Portuqaliya klubu ilə 5 illik müqavilə imzalayıb.

Nəsirov yeni klubunda 86 nömrəli formada çıxış edəcək. 

Futbolçunun Lissabon təmsilçisinə  keçidinə vasitəçi olan  FİFA meneceri Vaqif Heydərli Qol.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Portuqaliyanın ən titullu klublarından olan “Sportinq” son mövsümün gümüş mükafatçısıdır. Paytaxt klubu bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Nəsirov müqavilə ilə "Sumqayıt"a məxsus olsa da, son 
mövsümü "Kəpəz"də keçirib.