Millimizin üzvü Super kubok qazanıb

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Super Kubokuna sahib çıxıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı oyunçu buna "CSM Lugoj" klubu ilə nail olub.

Komanda final matçında "CSO Voluntari"ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib.

Qeyd edək ki, Yelizaveta Ruban hazırkı klubunda ilk dəfə titul əldə edib.