Millimizin üzvü yeni klubda
U-21 millimizin futbolçusu Məhəmməd Mustafa Yıldırımın yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 20 yaşlı hücumçu Türkiyə 2-ci liqa təmsilçisi "Çorum"a transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2.5 illik müqavilə imzalanıb. Futbolçu bu mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.
Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir.
Xatırladaq ki, M.Yıldırım ötən ay "İstanbulspor"dan ayrılmışdı.
Qeyd edək ki, "Çorum" Türkiyə 2-ci liqasında 16 xalla 8-ci pillədə qərarlaşıb.