Millimizin üzvü zədələnib

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge", Almaniya II Bundesliqasında yerini qoruyub.

Sportline.az xəbər verir ki, Aue təmsilçisi 32-ci turda "Bohum"a 1:2 hesabı ilə uduzsa da, liqada qalıb. Buna səbəb 16-cı sırada qərarlaşan "Karlsrue"nin cari turda "Regensburq"a eyni hesabla məğlub olmasıdır. 

Nazarovun komandası sona iki tur qalmış rəqibindən 8 xal irəlidədir. 30 yaşlı hücumçu "Bohum"la görüşün 87-ci dəqiqəsində axilles dabanından zərbə alıb. Həmin zərbəni endirən Miloş Pantoviçə birbaşa qırmızı vərəqə göstərilib. Nazarovun özü isə 90+4-cü dəqiqədə əvəzlənib. Onun durumuna aydınlıq gəlməyib. 

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir.