Millimizin yeni dünya reytinqi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi əvvəlki kimi 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Digər komandaların mövqeyində də dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.

Reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) qərarlaşıb. Türkiyə millisi isə 1494 xalla 29-cu sıradadır.

Qeyd edək ki, AFFA Azərbaycan milli komandasının baş məşqçi postu üçün italiyalı Cianni De Byazi ilə müqavilə imzalayacaq.