Millini Krakovda azarkeş qrupu dəstəkləyəcək

Milli komanda bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Ukrayna ilə qarşılşacaq.

Sportline.az xəbər verir ki, futbolçularımız Krakovda keçiriləcək oyunda dəstəksiz qalmayacaqlar. 

Polşadakı qarşılaşmada komandanı 100-dən çox azarkeş tribunadan qələbəyə ruhlandıracaq. 

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.