Millinin baş məşqçisi ilə müqavilə müddəti uzadıldı

Portuqaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Fernandu Santuşla müqaviləni uzadıb.

Sportline.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, F.Santuş millini 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionatının, 2018-2019 mövsümündə isə Millətlər Liqasının qalibi olub.