Millinin baş məşqçisi ilə müqavilə uzadıldı

Almaniya millisinin baş məşqçisi Yulian Naqelssmanla müqavilənin müddəti uzadılıb.

Sportline.az xəbər verir ki, yeni anlaşmaya görə o, 2028-ci ilin 31 iyulunadək bu postda olacaq.

Bu haqda Almaniya Futbol Federasiyası məlumat yayıb.

37 yaşlı mütəxəssisin əvvəlki müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Naqelsmann 2023-cü ilin sentyabrından Bundestimin baş məşqçisidir.