Millinin baş məşqçisindən xəbər var
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin müqaviləsi uzadılıb.
Sportline.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 53 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin sonuna qədərdir.
Qeyd edək ki, Daliç 2017-ci ilin oktyabrından Xorvatiya millisini çalışdırır. Komanda onun rəhbərliyi ilə DÇ-2018-in gümüş mükafatçısı olub.