Millinin kapitanı şansları dəyərləndirib

"Olimpiya Təsnifat Oyunlarına hazırlıqlar davam edir. Maraqlı, ağır, eləcə də sistemli şəkildə məşq prosesləri keçirik".

Sportline.az xəbər verir ki, bu sözləri voleybol üzrə qadınlardan ibarət milli komandamızın kapitanı Odina Əliyeva deyib.

Yığmamız Braziliyada keçiriləcək 2020 Olimpiya təsnifat mərhələsinə hazırlıqlarını Bakı Voleybol Mərkəzində davam etdirir. Turnirə hazırlığı dəyərləndirən voleybolçu iddialı danışıb: "Məqşçimiz çalışır ki, oyunçular həm fiziki, həm də texniki cəhətdən yaxşı məşq edərək, oyunlara hazır olsunlar. Biz də çalışırıq ki, diqqətlə və düzgün şəkildə məşqçimizin tapşırıqlarını yerinə yetirək. Braziliyada Olimpiadaya vəsiqə əldə etmək şansımız var. Çalışmalıyıq bu şansı dəyərləndirək. Ən böyük arzularımdan biri Olimpiadada iştirak etməkdi. Olimpiya Təsnifat Oyunlarından sonra isə Bakıya gəlib Avropa çempionatına hazırlıqlara başlayacağıq".

Qeyd edək ki, millimiz D qrupunda Dominikan Respublikası, Kamerun və Braziliya ilə mübarizə aparacaq.