Millinin keçmiş futbolçusu dünyasını dəyişdi

Slovakiya milli komandasının sabiq futbolçusu Marian Çişovski 40 yaşında vəfat edib.

Sportline.az xəbər verir ki, keçmiş müdafiəçiyə yan amiotrofik skleroz (ALS) diaqnozu qoyulub.

Çişovski 2005/2006 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin hər iki görüşündə (0:1, 3:1) "Bakı"ya qarşı forma geyinib. O, ev oyununda qollardan birinin müəllifi olub.

Mərhum futbolçu "Viktoriya" (Plzen), "Jilina", "İnter" (Bratislava) və Rumıniya "Politexnika"sında da çıxış edib.Çişovski Slokaviya yığmasının heyətində isə 15 oyun keçirib.