Millinin oyunları ilə əlaqədar təqvim dəyişdi

Futzal üzrə Yüksək Liqanın təqvimində dəyişiklik edilib. SportLine.az saytı xəbər verir ki, Azərbaycan Futzal Federasiyası (AFF) millinin oyunları ilə əlaqədar bu addıma əl atıb.

Belə ki, yığmamız aprelin 10-dan 17-dək Latviya və Serbiya milliləri ilə beynəlxalq yoldaşlıq oyunları keçirəcək. Bunu nəzərə alan AFF çempionatın təqvimində dəyişiklik edib.

Belə ki, 24-cü, 25-ci, 26-cı və 27-ci turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 5-də, 12-də, 19-da və 26-da yox, müvafiq olaraq aprelin 2-də, 6-da, 23-də və 27-də keçiriləcək.