Millinin oyunlarının vaxtı açıqlandı

Qadın voleybolçuların 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinin təqvimi açıqlanıb. 

Sportline.az xəbər verir ki,  D qrupunda qərarlaşan millimiz avqustun 1-də Dominikan Respublikası kollektivi ilə üz-üzə gələcək. Ertəsi gün ev sahibi Braziliya ilə qüvvəsini sınayacaq voleybolçularımızın son rəqibi avqustun 3-də Kamerun seçməsi olacaq. 

Qeyd edək ki, oyunlar Braziliyanın Uberlandiya şəhərində keçiriləcək. 

D qrupu
1 avqust
21:15. Braziliya – Kamerun
23:45. Dominikan Respublikası – Azərbaycan

2 avqust
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası

3 avqust
17:00. Braziliya – Dominikan Respublikası
19:30. Azərbaycan – Kamerun