Millinin oyununa hakim təyinatı açıqlandı
21 yaşadək futbolçulardan ibarət millinin Avstriya komandasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununa təyinatlar açıqlanıb.
Sportline.az xəbər verir ki, görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Amin Kurheliyə Yuri Xomçenko və Viktor Xetskov köməklik göstərəcək. 4-cü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 7-də keçiriləcək Avstriya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Milli ilk oyununda səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.