Millinin üzvü "Ankara"ya qarşı

Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Rubanın çıxış etdiyi Rumıniyanın "Luqoj" klubunun Çağırış Kubokunun 1/16 final mərhələsində rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, turnirin ilk mərhələsində hər iki görüşdə “Şalu”ya (Fransa) qalib gələn komandanın növbəti rəqibi Türkiyənin “Ankara” klubu olacaq.

1/16 final mərhələsinin ilk görüşü dekabrın 13-də Ankarada keçiriləcək.