Millinin üzvü əyalət klubunda

"Şəki" basketbol klubu Azərbaycan millisinin üzvü Ercan Donatı transfer edib.

Sportline.az xəbər verir ki, 24 yaşlı türk əsilli oyunçu yeni mövsümdən etibarən bölgə təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, "Şəki" Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümünə yeni baş məşqçi Bedri Meriçin rəhbərliyi altında hazırlaşır.