Millinin üzvü rəsmən "Qalatasaray"da

"Qalatasaray" heyətə yeni futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi "Roma"dan Nikolo Zanyolonun transferini reallaşdırıb.

"Sarı-qırmızılar" 23 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna 5 il ərzində 15 milyon avro ödəyəcək.

"Qalatasaray" Zanyolo ilə 4,5 illik müqavilə imzalayıb.

Futbolçu Super Liqa təmsilçisində illik 2,7 milyon avro maaş alacaq. İtaliya millisinin üzvünün sərbəstqalma məbləği 35 miılyon avro müəyyənləşdirilib.