Millinin üzvü Türkiyə klubunda
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Serkan Baloğlu karyerasını Türkiyədə davam etdirəcək. Sportline.az xəbər verir ki, “Ştutqart”ın ikinci komandasında forma geyinən futbolçu Super Liqa klubu “Kayserispor”la anlaşıb. Türkiyə mətbuatının yazdığına görə, o, yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, U-21 millimizdə 3 oyuna çıxan Sərkan ötən mövsüm “Ştutqart”ın ikinci komandasında 12 oyun keçirib.